Bəhreyndə etirazçılar ömürlük həbs olunacaq!

Bəhreyndə etirazçılar ömürlük həbs olunacaq!

Bəhreyn etirazçılarla yeni mübarizə üsuluna əl atıb. SİA-nın məlumatına görə, dövlət çevrilişinə cəhd etməkdə günahlandırıla 8 etiraz nümayəndəsi ömürlük həbs cəzasına məhkum edilib. 13 nəfər isə,2 ildən 15 ildədək azadlıqdan məhrum olunub. Əksəriyyəti şiələrdən ibarət olan etirazçıların, süni məzhəbindən olan hakim əl-Xəlifə ailəsinə qarşı sui-qəsd təşkil etdikləri bildirilib. Bununla yanaşı, etirazçıların əcnəbi terror təşkilatları ilə əlaqəli iş gördükləri də iddialar arasındadır.


Ölkə müxalifətçiləri isə, nümayişçilərin ömürlük azadlıqdan məhrum edilməsini etiraz etmək məqsədilə küçələrə çıxıblar.


Qeyd edək ki, məsələyə müdaxilə edən polislər müxalifət üzvlərinin etirazlarının qarşısını alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə