Ukrayna Rusiyaya borcunu qaytarmaq istəmir

Ukrayna Rusiyaya borcunu qaytarmaq istəmir

Ukraynanın Baş naziri Nikolay Azarov bəyan edib ki, rəsmi Kiyev "Ukraynanın vahid energetik sistemləri" (UVES) şirkətinin Rusiyaya olan borcunu ödəmək fikrində deyil.

SİA-nın məlumatına görə, jurnalistlərdən birinin borc haqqındakı sualını Baş nazir zalda əyləşən tibb işçilərinə yönləndirib: "Timoşenkonun (keçmiş Baş nazir Yuliya Timoşenko – red.) borclarını Rusiyaya qaytaracağıqmı?".

Həkimlər "Yox" cavabını verdikdə isə Azarov deyib: "Budur, insanlar mənim əvəzimə cavab verdilər".

Bir müddət öncə "Ukrainskaya pravda" qəzeti Rusiyanın müdafiə naziri Anatoli Serdyukovun Nikolay Azarova ünvanladığı və UVES-in borclarını bağlamağını xahiş etdiyi məktubu dərc edib.

Bütün xəbərlər Facebook səhifəmizdə