Obama ilə Ərdoğan arasında telefon danışığı olub

Obama ilə Ərdoğan arasında telefon danışığı olub

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, baş tutan telefon danışığında tərəflər Suriyada meydana gələn hadisələri müzakirə edib və atılacaq addımlar barədə fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, iki ölkə rəhbəri arasındakı telefon danışığı Barak Obamanın təşəbbüsü ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə