Avropa İttifaqı Belarusun silah şirkətlərini sanksiya siyahısına daxil edib
Avropa İttifaqına daxil olan 27 ölkənin xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında Belarusla bağlı müzakirələr olub. SİA-nın məlumatına görə,"daxili repressiyalarda istifadə edilə biləcək silah və materialların" Belarusa tədarükünə embarqo tətbiq etməklə bu ölkəyə qarşı sanksiyaları genişləndirməyə qərar verilib.
Konfrans çərçivəsində Aİ-yə səfərləri qadağan edilən və Avropadakı aktivləri dondurulan belaruslu şəxslərin siyahısı da genişləndirilib. Bütün bunlarla yanaşı, Belarusun silah istehsalçısı Beltech export, "Beltelkom", həmçinin Sport-pari şirkətləri sanksiya siyahısına daxil edilib.
Qeyd edək ki, adıçəkilən şirkətlər ilk dəfə olaraq sanksiya siyahısına daxil olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB