Bu gün bütün dünyada Beynəlxalq Qaçqınlar Günü kimi qeyd edilir. SİA-nın xəbərinə görə, Qaçqınlar günü 2000-ci il dekabrın 4-də BMT Baş Assambleyası tərəfindən yekdilliklə qəbul olunan qətnamə ilə müəyyən edilib. Bu gün qaçqınların və məcburi köçkünlərin cəsurluğu, mətanət və iradəsi qeyd olunmaqla onlara mənəvi dəstək verilir.
BMT-nin açıqlamasına görə, dünyada 15.4 milyon qaçqının beşdə dördü kasıb ölkələrin payına düşür. Qaçqınların
ümumi sayının dördə birindən bir qədər çox isə 3 ölkəyə - Pakistan, İran
və Suriyaya aiddir.
Bu göstəriciyə isə Şimali Afrika və Yaxın Şərqdə
baş verən son iğtişaşlardan qaçqın düşən insanlar daxil edilməyib. Onların sayı
isə artmaqda davam edir.
Azərbaycanda BMT-nin məlumatına görə, 250 mindən çox qaçqın, yarım milyondan artıq isə məcburi köçkün var. İyunun 20-si dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Qaçqınlar günü kimi qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB