NATO təyyarələri səhvən Liviya qiyamçılarını bombalayıb

NATO təyyarələri səhvən Liviya qiyamçılarını bombalayıb

Liviyanın qərbində Breqa şəhəri yaxınlığında qiyamçılara məxsus hərbi texnika karvanı bombalanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, qiyamçılar təyyarələrin NATO aviasiyasına məxsus olduğunu bildiriblər. Faktı NATO komandanlığı da təsdiqləyib.

NATO-nun bəyanatında deyilir ki, qiyamçılar Liviya lideri Müammər Qəddafinin qüvvələrinin nəzarətindəki ərazidə olublar. Ona görə də Şimali Atlantika alyansının aviasiyası səhvə yol verib.

Qeyd edək ki, bu hal NATO aviasiyası tərəfindən artıq ikinci dəfədir törədilir. Birinci hadisədə NATO ordusu aprelin 7-də də Breqa şəhəri yaxınlığında yanlışlığa yol vermiş və nəticədə beş qiyamçı ölmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə