Vivek Kundra yayın sonuna kimi vəzifəsini tərk edəcək

Vivek Kundra yayın sonuna kimi vəzifəsini tərk edəcək

ABŞ hökumətinin informasiya texnologiyaları üzrə baş direktoru (Chief Information Officer - CIO) Vivek Kundra yayın sonuna kimi vəzifəsini tərk edəcək və Harvard Universitetində tədqiqat işləri ilə məşğul olacaq. SİA-nın məlumatına görə, V.Kundranın CIO mövqeyinə təyin edilməsi Barak Obamanın ABŞ Prezidenti vəzifəsində keçməsindən bir neçə ay sonra baş tutub. Administrasiyada fəaliyyətə başlayan kimi, o dərhal "bulud", eləcə də istehlakçı texnologiyalarının tətbiqi və yeni saytlar vasitəsilə (misal üçün data.gov) ictimaiyyətin məlumatlandırılması kimi tədbirləri gündəmə çıxarıb.

V.Kundranın istefası ilə bağlı Ağ Evin saytı vasitəsilə yayılmış bəyanatda bildirilir: "Administrasiyada çalışmağa başlayandan etibarən iki il yarım ərzində Vivek Kundra səmərəsiz İT-xərclərə qarşı genişmiqyaslı tədbirlər təşkil edib, vergi ödəyicilərinin 3 milyard dollarlarına qənaət edib, hökumətin İT-fəaliyyətini "bulud" texnologiyalarına keçirib, kibertəhlükəsizlik üzrə milli mövqeyi möhkəmləndirib və bununla eyni zamanda açıqlıq, şəffaflıq, eləcə də demokratiya prinsiplərinin təmin olunmasına böyük töhfələr verib".

Bütün xəbərlər Facebook səhifəmizdə