Avropa İttifaqının (Aİ) prezidenti Herman Van Rompey Avropa İttifaqının avrozonasının adını dəyişib "Avrolend" qoymağı təklif edib. SİA-nın məlumatına görə, o, eyni zamanda Aİ vətəndaşlarını Avropa İttifaqının hazırkı durumu ilə bağlı "bədbin əhval-ruhiyyəni özündə məğlub etməyə" dəvət edib.
"Təəssüf və bədbinlik fəaliyyətə qərarlılığa mane olur", - deyə o
qeyd edib.
Van Rompel Brüsseldə
nüfuzlu Ümumavropa analitika institutlarından birinin iclasında çıxış edib.
"Avrozona sözü dünya biznesinin gözündə maliyyə əlili sözünün sinoniminə
çevrilib. Onu dəyişib Avrolend qoymaq lazımdı", - Van Rompey deyib.
"Avrozona sözü sənaye zonası, nəsə əyalət məhfumu kimi səslənir. Mən başqa ad
təklif edirəm – Avrolend", - deyə prezident vurğulayıb.
"Biz hazırkı Aİ valyuta-iqtisadi ittifaqının özündə nəyi təcəssüm etməsi
məsələsində konkret olmalıyıq. Mənim fikrimcə, o, Avrolenddir. Çünki vahid pul
məhfumu, ən azı monetar mənada bir ölkənin mövcudluğunun göstəricisidir", - Van
Rompey əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB