Liviya dövlət televiziyası Müəmmar Qəddafinin audio-müraciətini efirə verib. Müraciət zamanı Qəddafi NATO-nu məğlub edəcəyini söz verib.
SİA-nın məlumatına görə, polkovnikin sözlərinə əsasən, Şimali Atlantika Alyansı onun Tripolini tərk etməsinə çalışır. Lakin polkovnik təslim olmaq fikrində deyil və NATO-nun məğlub olacağına əmindir.
Televiziyanın bildirdiyinə görə, Qəddafinin çıxışı cümə günü yazılıb. Daha öncə Müəmmar Qəddafi bunları deyib: "Mən bilmirəm NATO məndən nə istəyir. Gəlin oturaq, danışaq. NATO da olsun, Benqazi də olsun. Onlar ölkənin necə olmasını istəyirlər? Prezident? Yaxşı, olsun prezident. Parlament? Yaxşı, olsun parlament. Gəlin seçkilər keçirək və yeni prezident və ya yeni parlament Liviyanın gələcəyini müəyyənləşdirsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB