Əfqanıstanın cənubunda vəba xəstəliyi sürətlə yayılır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin Qəndəhar vilayətində bir neçə min yoluxma halı qeydə alınıb. İnfeksiyaya yoluxanların əksər hissəsi 5 yaşına qədər olan uşaqlardır. Bildirilir ki, son 2 ay ərzində xəstəlik onlarla uşağın ölümünə səbəb olub. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə və yoluxan şəxslərin müalicəsi üçün Qəndəhar vilayətinə lazımi dərman preparatları gətirilir, həmçinin, müvafiq işlər görülür.
Qeyd edək ki, Əfqanıstanda vəba epidemiyasına antisanitariya səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB