Ermənistan üzünü NATO-ya tutub, bəs Rusiya?

Ermənistan üzünü NATO-ya tutub, bəs Rusiya?

Ermənistan beynəlxalq təşkilatlar arasında var-gəl etməkdə davam edir. Gah Rusiyanın Kollektiv Təhlükəsizlik Təşkilatına daxil olmaqla işğalçılıq siyasətini malalayır, gah da digər hərbi təşkilatlarla bu və ya digər şəkildə əməkdaşlıq etməklə Rusiyanın narahat günlərini bir az da uzadır. Məsələ bundadır ki, Rusiya SSRİ adlı xələfi kimi sərhədləri xaricində təhlükəsizlik zonası yaratmaq məqsədi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) yaradıb. KTMT də bir növ Varşava müqaviləsinə daxil olan ölkələrin təşkilatını xatırladır. Vaxtilə SSRİ Varşava müqaviləsinə daxil olan ölkələri də müdafiə səddi kimi seçmişdi.

SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə. ötən gün Ermənistanın müdafiə nazirinin müavini David Tonoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Brüsseldə NATO-nun mənzil qərargahında "28+Ermənistan" formatı çərçivəsində Alyansın komitə iclasında iştirak edib.

Danışıqlarda Ermənistanın müdafiə sahəsində gördüyü işlər, NATO ilə əməkdaşlığın yeni perspektivləri, erməni hərbçilərinin Əfqanıstanda fəaliyyəti prioritet mövzu olaraq müzakirə olunub.

Məsələyə Rusiya tərəfinin reaksiyası özünü çox gözlətməyib. Politoloqlar NATO-Ermənistan əlaqələrində KTMT-in hansı baxış dairəsində olacağını müəyyən edə bilmirlər.


Bütün xəbərlər Facebook səhifəmizdə