Türkiyədə "Balyoz" (Çəkic) istintaqı çərçivəsində məhkəmə daha 3 yüksək rütbəli hərbçi barəsində həbs qərarı verib. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, həbs olunanlar Eskişehir 1-ci Hərbi Hava Donanması komandiri general-leytenant Korcan Pulatsu ilə qərargah polkovnikləri Murad Ünlü və Ender Güngördür.
Qeyd edək ki, həbs olunan bu 3 nəfərlə birlikdə "Balyoz" istintaqı çərçivəsində həbsə düşənlərin sayı 19-a çatdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB