Ötən gün Fransada 7 azyaşlı uşaq bağırsaq çöpü bakteriyasının səbəb olduğu xəstəliyin simptomları ilə xəstəxanalara yerləşdiriliblər. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ilkin araşdırmalar nəticəsində müəyyən edilib ki, azyaşlıların xəstələnməsinə səbəb onların qidalarında istifadə edilən ət məhsulu olub. Məhsulu hazırlayan və satışa çıxaran şirkət tərəfindən bildirilir ki, istifadə edilən ət Fransa, Almaniya, Niderland və Belçikadan idxal edilib.
Azyaşlıların həyatı üçün heç bir təhlükənin olmadığı qeyd olunur. Mənbəyə görə, bakteriyanın ştammı Almaniyada yayılmaqda olan bakteriyanın ştammı ilə eyni deyil. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür.
Qeyd edək ki, cari ilin may ayından etibarən Avropa və bir sıra digər ölkələrdə sürətlə yayılmaqda olan bağırsaq çöpü bakteriyasının qurbanlarının sayı artmaqda davam edir. Son məlumata əsasən, bakteriya artıq 39 nəfərin ölümünə səbəb olub. Ümumilikdə, 16 ölkədə təxminən 3300 nəfər \"Escherіchіa colі\"bakteriyasına yoluxub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB