Yunanıstanda hökumət dəyişdirilib. SİA-nın məlumatına görə, ölkə başçısı Georgi Papandreu müdafiə naziri Yevangelos Venizilosu maliyyə naziri vəzifəsinə təyin edib. Köhnə müdafiə naziri Georqos Papa Konstantin isə bugündən etibarən ətraf mühit naziri vəzifəsini icra edəcək.
Yunanıstanın hökumət nümayəndəsi Georqos Petalotisin yeni hökumət dəyişikliyi ilə bağlı açıqlaması zamanı bildirilib ki, ölkənin yeni xarici işlər naziri Avropa Parlamentinin üzvü Stavros Lambridinis olacaq.
Qeyd edək ki, hökumətdə baş verən yerdəyişmələrin əsas səbəbi son günlərdə geniş vüsət alan siyasi və iqtisadi böhranlardır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB