Angela Merkel: \"Almaniya və Fransa istəyinə nail olacaq\"

Angela Merkel: \"Almaniya və Fransa istəyinə nail olacaq\"

Almaniya və Fransa Suriyanı cəzalandıracaq. SİA-nın məlumatına görə, bu barədə Almaniyanın baş naziri Angela Merkel açıqlaması zamanı məlumat verib.

O bildirib ki, Bəşər Əsədin xalqa qarşı tətbiq etdiyi şiddət artıq dözülməz həddə çatıb: \"Suriyada mart ayından başlayan kütləvi aksiyalar hələ də davam edir. Getdikcə vəziyyətin daha da gərginləşdiyinin şahidi oluruq. Ona görə də, ciddi addımlar atılmasının zamanı çatıb. Bu istiqamətdə isə Fransa və Almaniyanın BMT-nin Təhlükəsizlik Şurasındakı nümayəndələri Suriya haqqında qətnamənin qəbul olunmasında israr edəcəklər. Çünki, Fransa və Almaniya məsələləri yaxından izləyən ölkələr olaraq, çıxış yolunun bu olduğuna qərar verib. Bəşər Əsədin xalqa qarşı tətbiq etdiyi şiddətin qarşısı alınacaq. İstəyimizə nail olacağımıza da əminik\".

Qeyd edək ki, Suriyadakı etiraz nümayişləri 3 ay ərzində bütün ölkəyə yayılıb və 1300 nəfərdən çox adamın ölümünə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə