Yəmən hakimiyyəti Səudiyyə Ərəbistanını yalançı çıxarıb

Yəmən hakimiyyəti Səudiyyə Ərəbistanını yalançı çıxarıb

Yəmənin prezidenti vətəninə qayıdır. SİA-nın məlumatına görə, Səudiyyə Ərəbistanında müalicə olunan Əli Abdulla Saleh yaxın günlərdə Yəmənə geri dönəcək.

Bu barədə açıqlama verən hökumət səlahiyyətlisi Salehin qayıtmayacağı ilə bağlı yayılan xəbərlərin şayiə xarakterli olduğunu bildirib: \"Prezident sarayına hücum zamanı ağır yaralanan Əli Abdulla Saleh müalicə olunmaq üçün Səudiyyə Ərəbistanına aparılmışdı. Uzun müddət həkim nəzarətində qalan dövlət başçısı haqqında hər gün məlumat alırdıq. Vəziyyəti stabilləşmədiyindən Salehin bir müddət orada qalması zəruri idi. Lakin, artıq həkimlər də vəziyyətin normallaşdığını diqqətə çatdırıblar. Səudiyyə Ərəbistanında Salehin Yəmənə qayıtmayacağı ilə bağlı bir sıra şayiələr yayılmışdı. Bunlar reallığı əks etdirməyən informasiyalardır. Müalicəsi bitmək üzrə olan Əli Abdulla Saleh yaxın günlərdə vətəninə qayıdacaq. Prezidentin təhlükəsizliyinin müdafiə olunması ilə bağlı isə ciddi işlər görülür\".

Bütün xəbərlər Facebook səhifəmizdə