Rusiya Dövlət Duması Gümrüdəki (Ermənistan) hərbi baza ilə bağlı imzalanmış ikitərəfli müqaviləyə dəyişiklik edilməsi ilə bağlı protokolu müzakirə edəcək. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, dəyişikliklər sənədin müddətinin uzadılmasını nəzərdə tutur.
Qeyd edək ki, protokol 2010-cu ilin avqustunda İrəvanda imzalanıb. Müqavilənin müddəti 25 il üçün nəzərdə tutulmuşdu. Müqavilənin müddətindəki dəyişikliklərdən sonra tərəflərdən hər hansı biri müddətin bitməsinə altı ay qalanadək qarşı tərəfi imtina barədə məlumatlandırmasa, sənədin müddəti avtomatik olaraq beş il uzadılacaq.
Xatırladaq ki, Ermənistan Gümrü bazasına görə Rusiyadan nəinki icarə haqqı almır, hətta digər bütün əlavə xərcləri də öz dövlət büdcəsindən ödəyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB