Pentaqon rəhbəri “Əl-Qaidə”nin yeni lideri haqqında: “O da məhv ediləcək\"

Pentaqon rəhbəri “Əl-Qaidə”nin yeni lideri haqqında: “O da məhv ediləcək\"

"Əl-Qaidə" beynəlxalq terror təşkilatına başçı seçilmiş Ayman az-Zəvəhari mayda Pakistanda öldürülmüş sələfi Üsamə ben Laden kimi məhv ediləcək. SİA-nın məlumatına görə, belə bir bəyənatla ABŞ-ın müdafiə naziri, istehfaya getməkdə olan Robert Geyts çıxış edib. "Ben Ladenin və digərlərinin öldürlməsi ilə bağlı böyük itkilərə baxmayaraq "Əl-Qaidə" özünü qorumağa, ölənlərə əvəz axtarmağa və ben Ladenin kursunu qorumağa çalışır",-deyə Qeyt müdafiə naziri kimi özünün sonuncu mətbuat konfransında bildirib. Qeyts həmçinin əlavə edib ki, Ayman az-Zəvəharinin əməliyyatların aparılmasında nə təcrübəsi, nə də nüfuzu çatmır.

Bütün xəbərlər Facebook səhifəmizdə