İsrail çimərliklərinə meduzalar hücum edir

İsrail çimərliklərinə meduzalar hücum edir
İsrailin Aralıq dənizi sahillərinə çoxlu sayda meduzalar yaxınlaşır. SİA xəbər verir ki, İsrailin Dənizlərin və Okeanların Araşdırılması İnstitutunun məlumatına əsasən onlar Hayfa ilə Aşkelon arasındakı əraziyə hücum edəcəklər. Bəzi yerlərdə onlar uzaqdadırlar, bəzi yerlərdə isə artıq çox yaxınlaşıblar. Belə ki, Hayfa ərazisində onlar sahildən 300 metrdən 3 km-ə kimi, cənubda-Rişon le-Sionedə isə sahildən bir km-ə qədər uzaqlıqdadırlar. Təl-Əviv çimərliklərində və Hayfadan şimalda tək-tük meduzalar görünüb, lakin tezliklə onların sayı çoxalacaq. Bu səbəbdən də xarici turistlərin və İsrail vətəndaşlarının ciddi səbəbləri yaranıb ki, həftə sonunu İsrail çimərliklərində keçirməsinlər.

Bütün xəbərlər Facebook səhifəmizdə