Türkiyə ABŞ və İsrailə qarşı çıxır

Türkiyə ABŞ və İsrailə qarşı çıxır

Türkiyə Fələstini dövət kimi tanıyacaq. SİA-nın məlumatına görə, BMT-nin Fələstin dövlətinin tanınmasına dair olan qətnaməsinə Türkiyə də səs verəcək. Bu barədə xəbəri isə Türkiyə prezidenti Abdulla Gül mətbuata açıqlaması zamanı bildirib.

Dövlət başçısı Fələstinin dövlət kimi tanınmasına böyük ümid bəslədiyini dilə gətirib: "Türkiyə Fələstinin ən önəmli müttəfiqlərindən biridir. Fələstin xalqı tam rahatlıqla əmin ola bilər ki, Türkiyə hər mövzuda onlara kömək etməyə hazırdır. Fələstinin müstəqilliyi məsələsinə gəldikdə isə, biz bu barədə istənilən yardım addımını atmağa hazırıq. BMT-nin Fələstinin dövlət olaraq tanınması ilə bağlı qətnaməsinə də səs verəcəyik. Ümid edirik ki, Fələstin 1967-ci il sərhədləri çərçivəsində müstəqil dövlət statusunu qazanacaq, yeni dövlətin paytaxtı isə Şərqi Qüds olacaq".

Qeyd edək ki, İsrail və ABŞ Fələstinin müstəqilliyinin tanınması məqsədilə BMT-yə müraciət etməsinə qarşı çıxırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə