Dənizin altında Bin Ladenin cəsədi axtarılacaq

Dənizin altında Bin Ladenin cəsədi axtarılacaq

Amerikalı dalğıc bu məsələni aşkara çıxarmağa qərarlıdır. SİA-nın məlumatına görə, Bill Varren keçən ay Pakistanda öldürülən və dənizə atıldığı bildirilən \"Əl Qaidə\" terror təşkilatının lideri Üsamə bin Ladenin cəsədini axtarıb tapmağı qarşısına məqsəd qoyub.

Kaliforniyada yerləşən xilasetmə təşkilatının 59 yaşlı lideri mövzu ilə bağlı BBC kanalına açıqlama verib: \"ABŞ nümayəndələri Üsamə bin Ladinin öldürülərək dənizə atıldığını iddia etmişdilər. Lakin bu məsələ belə qala bilməz. Hər mövzuda olduğu kimi, bu məsələdə də ciddi araşdırmalara ehtiyac var. Bu məqsədlə də 1 ay ərzində dənizin altında araşdırmalara başlamağı qərara almışıq. Baxmayaraq ki, bugünə qədər bir çox dağıntıları aşkara çıxarmışıq, amma yenə də qeyd etmək lazımdır ki, dəniz altında cəsəd axtarmaq olduqca çətindir. Cəsədi tapan kimi şəkillərini çəkib göndərəcəyəm, şəxsiyyətin müəyyənləşdirilməsi üçün də Ladenin saqqalından, ya da saçından tük göndərməyi planlaşdırmışıq\".

Qeyd edək ki, araşdırmalara ilk olaraq Pakistanın dayaz sahillərindən başlayan dalğıc daha sonra dərinliklərə doğru irəliləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə