Serbiya vətəndaşlarının əksəriyyəti NATO-nun fəaliyyətini, xüsusilə də 19990cu ildə ölkələrinə qarşı keçirdiyi hərbi əməliyyatları qəbul etmir. SİA-nın məlumatına görə, Serbiyanın paytaxtı Belqradda müxalifət nümayəndələri NATO-nun əməliyyatlarına qarşı etiraz aksiyası keçiriblər. Küçələrə çıxan müxalifətçilər \"NATO - əsla yox!\" şüarları altında öz etirazlarını nümayiş etdiriblər. Nümayişin əsas səbəbinin NATO-nun Belqradda keçirdiyi konfrans olduğu bildirilib.
Aksiya iştirakçıları dövlət başçısı Boris Tadiçi vətənə xəyanətlə ittiham ediblər. Xəyanətkar adlandırdıqları ölkə rəhbərinə öz düşüncələrini çatdırmaq istəyən müxalifət nümayəndələri prezident sarayına daxil olmağa cəhd göstəriblər. Polislərin müdaxiləsi nəticəsində qarşısı alınan cəhddə yarlananlar da olub.
Qeyd edək ki, etiraz edən müxalifətçilər bununla kifayətlənməyərək prezident sarayının qarşısında NATO-nun bayrağını yandırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB