İnqilab dalğası Çinə sıçradı?

İnqilab dalğası Çinə sıçradı?

Tunisdə ötən ilin dekabrında bir qadın zabitin ona sillə vurub ardından satdığı səyyar meyvə dəzgahını dağıtmasından sonra özünü yandırmış və bütün ərəb ölkələrini bürüyən inqilab dalğasını alovlandırmışdı. SİA xarici ölkə mətbuatına istinadən xəbər verir ki, bu dəfə bənzər hadisə Çində baş verib.Belə ki, cənubda yerləşən və ixracatın ürəyi olan Quanqdonq əyalətinin Zençeng qəsəbəsində 20 yaşlı hamilə qadının səyyar dəzgahını yığışdıran polislərin onu yerə itələməsi burda çalışan köçkün işçiləri qəzəbləndirib. Böyük əksəriyyəti Çoğu Siçuan əyalətindən gələn, çox ucuz qiymətlə uzun müddət işlədilən işçilərdən 1000 nəfəri bir yerə toplanaraq şəhərdək hökumət binalarını, polis maşınlarını yandırıb çoxlu maddi ziyan veriblər. Ölkədə möhkəm nəzarət həyata keçirən Çin Komunist Partiyası ərəb dünyasını yerlə yeksan edən inqlablar dalğasının bu ölkəyə sıçramasına imkan yaratmayıblar. Verilən məlumatlarda aranın sakitləşdiyi, ancaq şəhərə dayanmadan polisin gətirildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə