Rəcəb Tayyib Ərdoğan istefa verir

Rəcəb Tayyib Ərdoğan istefa verir

Bu gün Türkiyə prezidenti Abdullah Gül ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanı qəbul edəcək. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, baş nazir Ərdoğan 60-cı hökumətin istefasını prezident Abdullah Gülə təqdim edəcək. Görüş Nazirlər Kabinetinin bu gün keçiriləcək iclasından sonra, yerli vaxtla saat 16.00-da (Bakı vaxtı ilə 18.00) baş tutacaq.

Qeyd edək ki, ölkənin qanunlarına görə, baş nazir hökumətin istefasını təqdim etdikdən sonra prezident Abdulla Gül yeni hökumət qurulana qədər ondan hakimiyyətə rəhbərlik etməsini rica edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə