Livanda yeni hökumət qurulub. SİA-nın məlumatına görə, 5 ay davam edən danışıqlar prosesi öz nəticəsini göstərib.
Ölkənin yeni baş naziri Nəcib Mikati məsələ ilə bağlı açıqlaması zamanı, yeni hökumətə böyük ümid bəsləndiyini ifadə edib: \"Məlum olduğu kimi, Livan Hizbullah və müttəfiqlərinin köhnə baş nazir Saad əl Həririni devirməsindən sonra başsız və hökumətsiz qalmışdı. Lakin, bu vəziyyətin tezliklə ən doğru şəkildə yenidən bərba olunması üçün uzun müddətdir ki, geniştərkibli danışıqlar prosesi gedir. 5 ay davam edən görüşlərdən sonra, yeni hökumət qurulub. Yeni hökumətin prezidenti Mişel Süleyman, Məclis rəhbəri isə Nəcib Berridir. Yeni qurulan hökumətə xalq arasında böyük inam var. Düşünürük ki, bütün yaşananları geridə qoyub, yeni və uğurlu inkişaflara imza atacaq bir səhifə açacağıq\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB