Netenyahu əl-ayağa düşüb

İsrailin baş naziri Benyamin Netenyahu İtaliyaya səfərə gedib. SİA-nın məlumatına görə, hökumətlərarası zirvə görüşündə iştirak etmək məqsədilə səfər edən naziri 9 nazir müşayiət edib.

Bu gündən etibarən başlayacaq rəsmi görüşlərdə bir sıra məsələlər müzakirə olunacaq. Səfərin məqsədinin Qəzzaya göndəriləcək yardım gəmilərində italyan vətəndaşlarının iştirak etməsinin qarşısını almaq olduğu bildirilib. Bu mövzu sabah İtaliya ilə İsrail arasında həyata keçiriləcək hökumətlərarası zirvə görüşünün əsas müzakirə məsələsi olacaq.

Qeyd edək ki, baş nazir müzakirə olunacaq məsələlərin 2 ölkə arasındakı əlaqələrə ciddi təsir edə biləcəyini diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə