Almaniya Liviyada müxalifətin hakimiyyətini tanıyıb. SİA-nın məlumatına görə, Almaniyanın xarici işlər naziri Guido Vestervelle bu barədə açıqlaması zamanı bildirib.
Benqazi şəhərinə səfər edən nazir açıqlaması zamanı müxalifətin Liviyadakı tək lider olduğunu dilə gətirib: \"Rəsmi Almaniya Liviyada qanuni nümayəndə olaraq yalnız müxalifət şurasını tanıyır. Müxalifətin tutduğu müvqenin doğru olduğuna inanırıq. Eyni zamanda bütün bunlarla yanaşı, Qəddafisiz hükumətin tərəfdarıyıq və bunu istəyən müxalifəti də fikirlərində dəstəkləyirik. Çünki, insanlar artıq tökülən qanlardan beziblər. Artıq cəmiyyətin sülh içərisində etibarlı, təhlükəsiz və demokratik yaşayışa ehtiyacı var. Nə qədər ki, Qəddafi var belə bir cəmiyyətin mövcudluğundan söz açmaq isə mümkün deyil\".
Qeyd edək ki, Birləşmiş Ərəb Əmrlikləri, Fransa, Qatar, İngiltərə, İtaliya, Qambiya, Malta, İordaniya, Seneqal, İspaniya, Avstraliya və ABŞ-dan sonra Liviyadakı müxalifət şurasını tanıyan 13-cü ölkə Almaniya oldu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB