İran hava hücumuna qarşı yeni raketlərini uğurla sınaqdan keçirib. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, İran ordusunun generalı Fərzad İsmaili bildirib ki, müdafiə-sənayesi kompleksi tərəfindən yaradılan raketlərin sınağı İranın Simnam şəhərindəki Hatamul-Ənbiya HHM hərbi bazasında həyata keçirilib.
Onun sözlərinə görə, \"Mersad\" və \"Şahin\" raketlərinin iki modifikasiyası nişanlanmış hədəfi sıradan çıxarıb. Qeyd edək ki, uçuş məsafəsi 70-dən 150 kilometrədək təşkil edən zenit raketləri müasir təyyarələri aşağı və orta yüksəklikdə məhv etməyə qadirdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB