Əfqanıstanda NATO təyyarəsi vurulub

Əfqanıstanda NATO təyyarəsi vurulub

Əfqanıstanın şərqində aviaqəza baş verib. Mənbəyə əsasən, Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) məxsus helikopterin yerə çırpılması nəticəsində 1 nəfər ölüb. SİA-nın "Lenta.ru" saytına istinadən vediyi xəbərə görə, hadisənin təfərrüatları barədə məlumat verilmir.

Həmin gün digər aviaqəza ABŞ-ın şimal-şərqində yerləşən Konnektikut ştatında baş verib. Göyərtəsində 2 nəfərin olduğu kiçik təyyarə Vestbruk şəhəri yaxınlığında yerə çırpılıb. Nəticədə 1 nəfər ölüb digər şəxs isə yaralanıb. Hadisə yerində müvafiq işlər görülüb, yaralı isə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, qəzaya texniki nasazlıq səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə