İraq ABŞ konqresmenlərini ölkədən çıxarır

İraq ABŞ konqresmenlərini ölkədən çıxarır

İraq hökuməti amerikalı konqresmenlərin nümayəndə heyətinin üzvlərini "arzuolunmaz şəxs" elan edib. SİA-nın "Lenta.ru"ya istinadən verdiyi xəbərə görə, buna səbəb konqresmenlərin ölkə hakimiyyəti və siyasəti ilə bağlı hörmətsiz ifadələr işlətməsidir. İraq rəsmisi Əli əl Dəbbah bildirib ki, ABŞ-ın İraqdakı səfirliyi konqresmenlərin dərhal ölkəni tərk etməli olduğu barədə məlumatlandırılıb.

Rəsmi Bağdadı əsəbləşdirən digər məqamlardan biri də konqresmenlərdən birinin ABŞ-ın İraq müharibəsindəki xərclərini Bağdadın ödəməli olması barədə bəyanatı olub. Qeyd edək ki, bu bəyanatla Nümayəndələr Palatasının Kaliforniya ştatından olan respublikaçı üzvü Dana Rorabaher çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə