Dünyanın ən böyük 4-cü asma körpüsünü yaponlar inşa edəcək. Bu barədə açıqlama verən yapon rəsmiləri layihə haqda məlumat veriblər: \"İzmit körfəzində inşa ediləcək körpünün uzunluğu 2800 metr olacaq. Layihə dəyəri 1,1 milyard dollar olan körpü dünyanın ən uzun dördüncü asma körpüsü olacaq.
Layihəni almaq üçün Cənubi Koreya və Çin müraciət etdi, lakin Yaponiyaya məxsus İHİ inşaat şirkətinin texniki üstünlükləri nəzərə alındığından layihə Yaponiyaya həvalə edildi. Körpünün sütunlarının arasındakı məsafə 1550 metr olacaq. Körpünün inşasına gələn il başlanacaq və 2015-ci ildə istifadəyə veriləcək. Eyni zamanda Yaponiyanın bu layihəsi Türkiyədə inşa ediləcək atom elektrik stansiyasının infrastruktur ixracına da kömək edəcək\".
Qeyd edək ki, Yaponiyada inkişaf etdirilmiş texnologiyanın istifadə olunması və rəqabət gücünün artırılması baxımından dövlətin də layihəyə dəstək verəcəyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB