Çilidə vəziyyət gərgindir. SİA-nın məlumatına görə, Çilinin şimalında keçən həftə fəaliyyətə keçən Puyehue vulkanının fəsadları özünü göstərir. Belə ki, vulkan püskürməsi nəticəsində meydana gələn kül buludları hava nəqliyyatında ciddi problemlər yaradıb. Nəticədə Tasmaniya ilə Yeni Zellandiyaya bütün uçuşlar ləğv edilib.
Havalimanı səlahiyyətlilərinin verdiyi məlumatlarda bu vəziyyətin hələ bir müddət davam edəcəyi güman olunur: \"Vulkanın fəaliyyətə keçməsi artıq ilkin fəsadlarını göstərir. Kül buludları 10 min 600 metr yüksəkliyə qədər qalxıb. Buna görə də, təyyarələrin qarşılaşacağı maneələri nəzərə alaraq, Yeni Zellandiya və Tasmaniya istiqamətinə 22 uçuşu ləğv etmişik. Bu şəraitdə uçuşların həyata keçirilməsi son dərəcə təhlükəlidir\".
Çinin hidrometereologiya səlahiyyətliləri isə kül buludlarının artması ehtimalı olduğunu diqqətə çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB