Bu gün Türkiyə tarixinin ən önəmli günlərindən biri yaşanıb. 50 milyondan artıq vətəndaşın qatıldığı ümumxalq seçkilərində seçicilər öz namizədlərinin qalib gəlməsi üçün məntəqələrə axışıblar. Buna baxmayaraq polis yenə də öz səlahiyyətlərinin icrasını lazımi şəkildə yerinə yetirməyə çalışıb.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, müxtəlif cinayətlər törətmiş və axtarışda olan 1596 nəfər seçki zamanı həbs edilib. İzmirdə 574, Ankarada 300, Qocaelidə 265, Antaliyada 223, Şanlıurfada 63, Samsunda 51 nəfər sandıq başında saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB