Sərnişinin soyunması təyyarəni geri dönməyə vadar edib. SİA-nın məlumatına görə, İspaniyadan yola düşən təyyarə sərnişinlərdən birinin soyunması nəticəsində Madridə qayıtmağa məcbur olub.
Madrid Hava limanının səlahiyyətliləri məsələ ilə bağlı açıqlama veriblər: \"İspaniyadan hərəkət edən təyyarə 110 sərnişinlə birlikdə Frankfurta gedirdi. Lakin təyyarə havaya qalxdıqdan bir neçə dəqiqə sonra sərnişinlərdən biri soyunaraq ətrafdakıları narahat edib. Daha sonra soyunan adam təyyarənin tualetinə girib qapını da açarla bağlayıb. Təyyarə səlahiyyətlilərinin və sərnişinlərin cəhdlərinə baxmayaraq, adam nə qapını açıb, nə də səs verib. Nəticədə təyyarə Madridə geri dönməyə məcbur qalıb. Bu cür hallarla adətən tez-tez də olmasa, arada qarşılaşırıq. Lakin qəribə olan odur ki, əksər hallarda belə halları tərədənlər içkili vəziyyətdə olurlar. Bu dəfə soyunan sərnişin isə bütün yoxlanışlardan keçirilib, onda içkili vəziyyət müşahidə edilməyib\".
Qeyd edək ki, polislər soyunan sərnişini təyyarədən çıxartdıqdan sonra təyyarə yenidən uçuş edib, lakin Frankfurta 1 saata yaxın gecikmə ilə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB