İnsan haqqlarının müdafiə olunması üçün keçirilən nümayiş iştirakçısının aqibəti dəhşətli olub. SİA-nın məlumatına görə, İraqın paytaxtı Bağdadda nümayişçinin başı kəsilmiş cəsədi evində tapılıb.
Təhlükəsizlik nümayəndələri məsələ ilə bağlı açıqlama verərək hadisənin səbəblərinin araşdırıldığını deyiblər: \"Bağdadın Əbu Qarib küçəsində bir nəfərin evində başı kəsilmiş cəsədini aşkar etdik. İlkin araşdırmalar zamanı məlum oldu ki, öldürülən şəxs insan haqqları müdafiəsinin etirazçılarından biri oldub. Hadisə ilə bağlı istintaq işi başladılıb, araşdırmalar isə davam edir. Qəribə orasıdır ki, bugün Bağdadın 100 kilometr şimalındakı Samarra şəhərində də bir müəllim ailəsindən 4 nəfər evində öldürülüb. Hadisə yerindəki şahidlərin verdiyi ilkin məlumata görə həmin evə bir neçə silahlı şəxs hücum edibmiş\".
Qeyd edək ki, İraqda bugün vəziyyət qarışıqdır. Belə ki, İraqın şimalındakı Musul şəhərində də bugün, bombalı hücum zamanı 6 nəfər ölüb, 60 nəfər isə ağır yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB