Dağıstanda xüsusi əməliyyat zamanı qanunsuz silahlı qruplaşma üzvləri zərərsizləşdirilib

Dağıstanda xüsusi əməliyyat zamanı qanunsuz silahlı qruplaşma üzvləri zərərsizləşdirilib

Moskvada yeni il gecəsində baş tutmayan terror aktının təşkilində şübhəli bilinərək federal axtaşda olan Kamil Maqomedov Dağıstanda öldürülüb. SİA-nın xəbərinə görə, Dağıstanın Qarabudaqkənd rayonunun Manas bölgəsində hüquq mühafizə orqanı əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat zamanı qanunsuz silahlı qruplaşma üzvləri zərərsizləşdirilib, 3 döyüşçü isə öldürülüb. Zərərsizləşdirilən döyüşçülərin bir sıra terror aktları, dələduzluq, imamların, iş adamlarının qətlində əli olub.

Onlar arasında "izberbaş" təxribatçı-terror qruplaşmasının başçısı, Moskvada yeni il gecəsində baş tutmayan terror aktının təşkilində şübhəli bilinərək federal axtaşda olan Kamil Maqomedovla yanaşı, üç ildir axtarışda olan Maqometsultan Ayqumov da var.

Bütün xəbərlər Facebook səhifəmizdə