Türkiyədə deputatlığa solçu namizəd öldürülüb. SİA-nın xəbərinə görə, seçkiyə bir gün qalmış solçu namizədin meyiti tapılıb. İki gündür heç bir məlumat olmayan Türkiyənin Demokratik Sol Partiyasının Bitlisdən deputatlığa namizədi olan 33 yaşlı Bədri Aydının meyitini tapan çoban polisə məlumat verib.
Namizədin maşını onun qətlə yetirildiyi Hizan Qolludərə yolunun 20-ci kilometrliyində tapılıb. Bundan əlavə, hadisə yerində "Kalaşnikov" markalı avtomat və həmin silaha aid patronlar aşkarlanıb.
Hazırda Türkiyə polisi tərəfindən qətllə bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB