İran müxalifəti iyunun 12-də mitinq keçirəcək. SİA-nın xəbərinə görə, bu mitinq 2009-cu il iyunun 12-də keçirilən seçkilərin ikinci ildönümü münasibətilətəşkil olunacaq. Bununla əlaqədar olaraq bəyanat yayan İranın İslahatçılar düşərgəsinin gəncləri əhalini mitinqdə aktiv iştirak etməyə çağırıb.
Bəyanatda həmçinin qeyd olunur: "2009-cu ildə keçirilən seçkilərin ikinci ildönümü münasibətilə əl-ələ verərək küçələrə çıxacağıq. Öz əhdimizi həbsdə olan dostlarımız və Yaşıl Hərəkatın başçıları ilə yeniləyəcəyik", - bəyanatda bildirilir.
Qeyd edək ki, İranda 2009-cu il iyunun 12-də keçirilən prezident seçkilərinin nəticəsinə sabiq prezidentliyə namizədlər etiraz ediblər, nəticədə yüzlərlə siyasi fəal həbs olunub və onlarla vətəndaş həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB