Nazarbayevdən İslam ölkələrinə çağırış!

Nazarbayevdən İslam ölkələrinə çağırış!

\"İslam ölkələri birləşərək İslam G 10-u yaratmalıdır\". SİA-nın məlumatına görə, bu sözləri Qazaxıstanın prezidenti Nursultan Nazarbayev açıqlaması zamanı deyib. VII Dünya İqtisadi Forumu ilə bağlı münasibət bildirən dövlət başçısı İslam ölkələri arasındakı birliyin iqtisadi vəziyyətə də təsir edəcəyini diqqətə çatdırıb: \"Məlumdur ki, dünya çox böyük bir iqtisadi böhrandan çıxıb. Belə bir məqamda isə İslam ölkələrinin birləşməsinin zamanı çatıb. Çünki, həmin İslam ölkələrinin yerüstü və yeraltı sərvətləri var. Əgər İslam ölkələri birləşsə onlar öz sərvətlərindən birlikdə iqtisadi böhrana qarşı istifadə edə bilərlər. Bu, ən azından həmin ölkələrin iqtisadi vəziyyətinin yaxşılaşmasına zəmin yaradacaq\".

Şimali Afrikada baş verən hadisələrin də öz növbəsində iqtisadiyyata ciddi təsir etdiyini deyən Nazarbayev qeyd edib ki, Qazaxıstan islam ölkələri arasında əməkdaşlığın qurulmasında və inkişaf etdirilməsində əsas təşəbbüs göstərən dövlətdir.

Bütün bunlarla yanaşı, Qazaxıstan prezidenti yaşana biləcək ərzaq böhranının qarşısının alınması məqsədilə İslam Qida Bankının qurulması təklifini də yüksək qiymətləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə