Fransa prezidenti Nikolas Sarkozi iyunun 17-də Almaniyanın baş naziri Angela Merkel ilə görüşmək üçün Berlinə rəsmi səfər edəcək.
Almaniyanın hökumət sözçüsü Steffen Seibert bu gün Berlindəki açıqlaması zamanı bu barədə məlumat verərək görüş çərçivəsində müzakirə ediləcək məsələlər haqda danışıb: \"Nikolas Sarkozi və Angela Merkel iyunun 17-də Berlində baş nazirin iqamətgahında görüşəcəklər. Görüş çərçəvəsində 23-24 iyunda təşkil ediləcək Aİ zirvəsinin hazırlıqları barədə danışılacaq. Bununla yanaşı, bir sıra beynəlxalq mövzuların da müzakirəsi planlaşdırılıb\".
Qeyd edək ki, sözçü yeni İMF başçısının təyin edilməsinin də müzakirələr arasında olacağını bildirib. Bu mövzuda isə rəsmi Almaniya fransız namizəd Kristine Lagardeni dəstəkləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB