Xorvatiya Avropa İttifaqına üzv olacaq

Xorvatiya Avropa İttifaqına üzv olacaq

Xorvatiya Avropa İttifaqına (Aİ) üzv olacaq. SİA-nın məlumatına görə, 2013-cü il iyul ayının 1-dən etibarən Xorvatiya Aİ-yə üzv olacaq.

Aİ Komissiyası bu günə qədər cəmi 35 fəsildən 31-ni tamamlayan Xorvatiyanın qalan 4 fəslinin də bağlanması üçün üzv ölkələrə tövsiyə edib. Bu barədə açıqlama verən komissiya başçısı Jose Manuel Baruzzo da məlumatı təstiqləyib: \"Xorvatiyanın Avropa İttifaqına giriş yolu açılıb. 2013-cü il iyul ayının 1-dən etibarən Xorvatiya rəsmi surətdə Aİ-nin 28-ci üzvü kimi fəaliyyət göstərəcək. Üzvlük müzakirələrinə Türkiyə ilə birlikdə 3 oktyabr 2005 tarixində başlayan Xorvatiya bu günə qədər cəmi 35 fəsildən 31-ni bağlayıb. 1 il müddətində Xırvatıstan Brüssel ilə Aİ təşkilatlarında necə təmsil ediləcəyini və maliyyə mövzularını müzakirə edəcək. Bu il ərzində Xorvatiya Aİ tərəfindən izlənəcək və üzvlüyə tam hazırlanacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə