Ölümcül bakteriyanın mənbəyi məlum olub

Ölümcül bakteriyanın mənbəyi məlum olub

Dünyanın bəzi ölkələrində yayılan ölümcül EHEC bakteriyasının mənbəyi məlum olub. SİA-nın xəbərinə görə, Almaniyanın Xəstəliklərə Nəzarət Mərkəzi bu xəstəliyin mənbəyinin Almaniyada yetişən soya saçağı olduğunu qeyd edib. Mərkəzdə epidemiyanın mənbəyinin tapılmasının onunla mübarizədə mühüm addım olduğu söylənilir.

Qeyd edək ki, artıq bu vaxta kimi 14 ölkədə yayılan xəstəlik 30 insanın ölümünə səbəb olub.

Bütün xəbərlər Facebook səhifəmizdə