Rusiyanın paytaxtı Moskvanın mərkəzində vaxtilə çeçen yeniyetmə qızın atəş açılaraq öldürülməsində ittiham edilən keçmiş ordu polkovniki Yuriy Budanov qətlə yetirilib. SİA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxs 48 yaşlı keçmiş polkovnikə yaşadığı binanın qarşısında yerləşən kiçik meydançada baş nahiyəsindən bir neçə dəfə atəş açıb. Hadisəni törədən şəxsin qətl zamanı atəş açdığı avtomobil ərazidən bir qədər aralıda tapılıb.
Qeyd edək ki, Yuri Budanov 2000-ci ildə 18 yaşlı çeçen qızın oğurlanaraq qətlə yetirilməsinə görə 10 illik həbs cəzasına məhkum olunmuşdu. 2009-cu ildə isə onu intizam qaydalarına riayət etdiyi üçün azadlığa buraxıldı. Bu isə öz növbəsində Çeçenistanda etirazlara səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB