Ağ Ev Hillari Klintonun Dünya Bankının rəhbəri olacağı ilə bağlı xəbərli təkzib edib

Ağ Ev Hillari Klintonun Dünya Bankının rəhbəri olacağı ilə bağlı xəbərli təkzib edib

ABŞ-ın xarici işlər naziri Hillari Klinton tutduğu vəzifədən getməyi planlaşdırır. SİA-nın xəbərinə görə, H.Klinton Dünya Bankının rəhbəri vəzifəsinə seçilmək niyyətindədir. Dövlət katibinin Ağ evlə apardığı danışıqlara yaxın mənbənin məlumatına əsasən, H.Klintonun Dünya Bankının rəhbəri vəzifəsinə seçilmək niyyətində olduğunu deyib.

Ağ Evin sözçüsü Jay Karney, ABŞ xarici işlər naziri Hillari Klintonun Dünya Bankının rəhbəri olmaq üçün gələn il vəzifəsini tərk edəcəyi mövzusunda Ağ Ev ilə görüşmələr etdiyi istiqamətindəki xəbərləri təkzib edib. J.Karney "Reuters"ə verdiyi açıqlama H.Klintonla Ağ Ev arasında bu mövzuda görüşlərin olduğunu yalan sayıb.

Qeyd edək ki, Dünya Bankının hazırkı rəhbəri Robert Zellikin səlahiyyət müddəti 2012-ci ilin ortalarında başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə