Dünyanın ən varlı iti öldü

Amerikalı milyarder Leona Helmslinin 12 milyon dollarını vəsiyyət etdiyi ağ, yumşaq tüklü otaq iti ölüb. SİA-nın xəbərinə görə, 12 il yaşayan "Trabl" adlı it 2007-ci ildə sahibi dünyasını dəyişdikdən sonra Helmsli ailəsinə məxsus otellərdən birinə aparılıb.

İtin öldürülməsi və ya oğurlanması ilə bağlı müxtəlif hədə-qorxu xəbərdarlığı olunub. Sahibi Leona Helmslinin vəsiyyət etdiyi vəsaitin bir hissəsi itin təhlükəsizliyinə xərclənib. İtin saxlanılmasına ildə 100 min dollar xərclənib ki, bunun da 8000 dolları onun tükünün qırxılması və daranmasına, 12000 dolları isə qidalanmasına sərf olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə