Türkiyəyə sığınan suriyalıların sayı 2700-ə çatıb

Türkiyəyə sığınan suriyalıların sayı 2700-ə çatıb

Son aylarda Suriyada gərginliyin artması nəticəsində xarici ölkələrə qaçan vətəndaşların sayı artır. SİA-nın xəbərinə görə, aralarında qadın və uşaqların da olduğu mindən çox suriyalı sərhədi keçərək Türkiyəyə gəlib. Bununla da Türkiyəyə sığınan suriyalıların sayı 2700-ə çatıb.

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da suriyalı qaçqınlar üçün ölkəsinin əlindən gələni edəcəyini deyib: "Suriyalı qardaşlarımızdan heç bir şeyi əsirgəməyəcəyik. Türkiyə güclü ölkədir, humanitar problem yarandığı zaman da əlindən gələni edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə