ABŞ prezidenti Türkiyə baş nazirinə heyrandır

ABŞ prezidenti Türkiyə baş nazirinə heyrandır

Amerikanın "Politico" qəzeti ABŞ prezidenti Barak Obamanın Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə, Fransa prezidenti Nikolas Sarkozinin Almaniyanın baş naziri Angela Merkellə daha çox görüşdüyünü yazıb. SİA-nın xəbərinə görə, B.Obamanın ən çox R.T.Ərdoğanla görüşdüyünü yazan "Politico" qəzetinin qeydlərində onlar arasında 15 görüşün olduğu, bir-birlərinə hörmət və heyranlıq duyduqları qeyd edilib.

Rəsmilərə istinadən yazılan məqalədə son iki ildə Ankara və Vaşinqton münasibətlərinin İsrail, İran və Wikileaks kimi hadisələr səbəbindən pozulduğu, ancaq Obama-Ərdoğan əlaqəsinin bu problemlərin həll olunmasında köməkçi olduğu göstərilib

Bütün xəbərlər Facebook səhifəmizdə