Yəmən vətəndaş müharibəsinin astanasında

Yəmən vətəndaş müharibəsinin astanasında

Yəməndə vəziyyət gərginləşib. İş o yerə çatıb ki, artıq vətəndaş müharibəsi təhlükəsi gözlənilir. Yəmən prezidenti Əli Abdullah Salehiyə edilən hücumdan sonra yaralanaraq müalicə olunması üçün Səudiyyə Ərəbistanına göndərilməsindən sonrakı gərgin vəziyyət hələ də qalmaqdadır. Müxalifət nümayəndələri prezidentin olmamasını qələbə hesab edirlər və şənliklərə başlayıblar. Prezident tərəfdarları isə o olmadıqda belə ölkəni qoruya biləcəyini isbatlamağa çalışırlar. Yəmənin yüksək rütbəli məmurları isə onun tezliklə ölkəyə qayıdacağını bəyan edirlər. Ancaq Əli Abdullah Salehin getməsindən sonra müxalifətin zəfər şənlikləri keçirməsi mövcud vəziyyətin daha da gərginləşməsinə səbəb olub. Bundan başqa Yəmən qəbilələrinin də işə qarışması bu vəziyyəti daha da alovlandıra bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə