“Baltazar” siklonu Avropada

"Baltazar" siklonu indi də Avropada hökm sürür. SİA-nın "Lenta.ru" ya istinadən verdiyi məlumata əsasən, adı çəkilən siklon Avstriya ərazisində güclü yağıntılı hava şəraitinə səbəb olub. Ölkənin Yuxarı Avstriya federal torpaqlarına düşən dolu 8,5 min hektar əkin sahəsini məhv edib. İnsanlar arasında xəsarət alan olmayıb. Paytaxt Vyana şəhərində isə avtomobil yolları yağış suları ilə dolub. Bəzi paytaxt küçələrində nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşüb.

"Baltazar" siklonu Slovakiya ərazisində də subasmaya səbəb olub. Ölən və xəsarət alanlar barədə məlumat verilmir. Hazırda ölkə ərazisində subasmanın nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə