Qazaxıstanın cənubunda yerləşən Qızılorda vilayətində Konqo-Krım-Xəzər hemorragik qızdırması xəstəliyinin yayıldığı ehtimal edilir. SİA-nın "Lenta.ru" ya istinadən verdiyi məlumata əsasən, adıçəkilən xəstəliyin simptomları ilə 16 nəfər Kazalin rayonunda xəstəxanaya yerləşdirilib. Mövcud vəziyyətlə əlaqədar müvafiq tədbirlər görülür.
Qeyd edək ki, Konqo-Krım-Xəzər hemorragik qızdırması dəridə və daxili orqanlarda intoksikasiya və qan sızması əlamətləri həmçinin qızdırma ilə təzahür edən kəskin infeksiya xəstəlikdir. Xəstəliyin əsas yayıcıları gənələr hesab olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB